Sərnişinin pulunu oğurlayan taksi sürücüsü həbs edildi - Qusarda
17:56 16 Avqust 2019
Qusarda pul oğurlayan taksi sürücüsü həbs edilib.
Daxili İşlər Nazirliynin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, Bakı şəhər sakini Adilxan Məmmədov Qusar Rayon Polis Şöbəsinə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollar pulunun oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib.
Həmin sürücü Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.
Femida.az
Oxunub: 578
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusarda 20 yaşlı oğlan göldə boğulub
- Qusar sakini intihar edib
- Qusar sakinləri Xaçmazda bıçaqlanıblar
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib