Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
13:17 21 Avqust 2019
Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək. Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.
Qeyd edək ki, bu il iyulun 13-dən 19-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Ümumilikdə 3 min 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 min 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.
Femida.az
Oxunub: 562
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub
- AMEA-nın İnstitut direktoru: "Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm"
- Göyçayda məktəb direktoru vəfat edib
- Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb