Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23:04 13 Noyabr 2015
01 oktyabr 2015-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12.4 faiz təşkil edib.
Maliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Borc vəsaitlərinin 8.0%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
01 oktyabr 2015-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.0 faiz, avro – 20.3 faiz, yapon yeni – 2.6 faiz, İslam dinarı – 0.6 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.
Oxunub: 784
Oxşar xəbərlər
- Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəyişdi
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutulub
- Azərbaycanın sülhməramlılarla bağlı məhdudiyyəti götürülür
- Azərbaycanın tanınmış alimi vəfat edib
- Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər
- Azərbaycanın qaz ixracından gəliri 35% artıb
- Azərbaycanın axtardığı qadın Rusiyada tutuldu
- Azərbaycanın Minsk Qrupundan əsas gözləntiləri
- Azərbaycanın şahmat millisi Avropa Çempionu oldu
- Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlanacaq