Güclü külək elektrik dirəklərini aşırdı


15:41     14 Noyabr 2015 cc95bf1a95802fe1710f6156ccc13a79.jpg

Ötən gecə Tərtər və Ağdamda güclü külək ciddi fəsadlar yaradıb.


Güclü külək Tərtər şəhərinin Q. Məmmədov küçəsində 30 mənzilli 5 mərtəbəli binanın dam örtüyünü uçurub.

Güclü külək nəticəsində ağaclar aşıb, elektrik naqilləri sıradan çıxıb.

Rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov isə bildirib ki, rayon ərazisində əsən güclü külək evlərin dam örtüyünü uçurub, elektrik dirəklərini aşırıb və naqilləri sıradan çıxarıb. O qeyd edib ki, rayonda evlərin 90 faizi işıqsız qalıb.

Qeyd edək ki, Tərtər və Ağdamda güclü küləyin vurduğu ziyan aidiyyəti qurumlar tərəfindən araşdırılır./apa/

Açar sözlər:

Oxunub: 851