Parisdə terror aktını törədənlərdən biri fransız çıxdı
22:03 14 Noyabr 2015
Şəxsiyyəti müəyyən olunan digər terrorçu isə suriyalıdır
Femida.az-ın lenta.ru-ya istinadən məlumatına görə, bu barədə "Europe1" radioistansiyasının “Tvitter”dəki bloqunda məlumat verilib.
Şəxsiyyəti müəyyən edilən terrorçulardan biri fransız çıxıb. Digər isə suriyalıdır.
“Stad de France” stadionu yaxınlığında özünü partladan canlı bombalardan birinin üzərindən isə Suriya pasportu tapılıb. Hüquq mühafizə orqanları hazırda bu sənəd əsasında cinayətkarın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Lakin onun qalıqları bu prosesi həyata keçirməyə çətinlik yaradır.
Parisdəki terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Onlar bəyan ediblər ki, rəsmi Fransa Suriyanı bombalamağa son verməsə, terror aktları davam edəcək.
Onu da qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl Bavariyadan Parisə gedən 51 yaşlı Çernoqoriya vətəndaşı saxlanılıb. Axtarış zamanı onun avtomobilindən çoxlu sayda silah-sursat, bir neçə kq partlayıcı aşkar edilib. Güman edilir ki, bu şəxs Fransada terror aktını törədənlərin ortağı olub.
Oxunub: 934
Oxşar xəbərlər
- Parisdə xalq küçələrə axışdı
- Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb
- Parisdə polis sakini güllələdi, qarşıdurma yarandı
- Parisdə terror həyəcanı - Məhkəmə binası boşaldıldı
- Parisdə iki silahlı hücum olub, yaralanan var
- Parisdə hərbçilərə silahlı hücum oub
- Parisdə Azərbaycan prezidentinə dəstək aksiyası keçirilib
- Parisdə erməni təxribatının qarşısı alınıb
- Parisdə 4 terrorçu saxlanılıb
- Parisdə atışma - Luvr Muzeyi boşaldıldı