General Çovdarov həbs edildi
23:15 14 Noyabr 2015
Bir neçə gün əvvəl işdən qovulan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov həbs edilib.
Femida.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb.
Onun barədə həbs- qəti imkan tədbiri seçildiyi bildirir. General-mayorun həbsi onlarla MTN zabitinin verdikləri ifadələr əsasında baş tutub.
Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A. Çovdarov işdən qovulan Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.
Xatırladaq ki, bir müddət öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.
Oxunub: 1035
Oxşar xəbərlər
- General göstəriş verdi, yol polisi hərəkətə keçdi - AZƏRBAYCANDA İLK
- General əsgər valideynlərini qəbul etdi
- Generalların məhkəməsi davam edir
- General deputatlara çağırış etdi
- General Elçin Quliyev şikayət verib
- General oğlunun məhkəməsi olub
- General Elçin Quliyevə 10 İL HƏBS
- General oğluna 6 il HƏBS TƏLƏBİ
- General Mladiçə ömürlük həbs - Müsəlmanların soyqırımına görə
- General Müsavat Partiyasına xəbərdarlıq edib