Atası qızından polisə şikayət etdi


01:35     16 Noyabr 2015 polisss0.jpg


Bakıda 81 yaşlı kişi qızından polisə şikayət edib.

Femida.az-ın milli.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

A.Məmmədov küçəsində yaşayan, 1934-cü il təvəllüdlü Əli Nağıyev bildirib ki, onunla birgə yaşayan qızı, 1970-ci il təvəllüdlü Natəvan onun pensiya kartını oğurlayıb.

Ə.Nağıyev qeyd edib ki, qızı onun Kapital Banka məxsus təqaüd kartını oğurlayaraq hesabından 425 manat pul çıxarıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1143