Yük avtomobilləri toqquşdu - Yaralılar var


14:55     16 Noyabr 2015 hqdefault91.jpg

Bakı-Quba maqistral avtomobil yolunda, "Howo" və "Shacman" markalı yük avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Sumqayıt Regional Mərkəzinin xilasediciləri "Howo" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 07:20-də başa çatıb.

Açar sözlər:

Oxunub: 934