“Dövlət içində dövlət” yaradanlar kimlərdir?


16:58     16 Noyabr 2015 dovlet.PNG

Ermənistanla müharibə şəraitində yaşayan və beynəlxalq vəziyyəti elə də ürəkaçan olmayan Azərbaycan daxildən də ciddi təhlükələrlə qarşı-qarşıyadır. Söhbət daxildə fəaliyyət göstərən separatçı qüvvələrdən gedir. Sosial şəbəkələrin, xüsusilə də “Facebook”-un ölkə miqyasında istifadəçilərinin sayının artması belə separatçı qüvvələrin də əl-qolunu açıb.


Sosial şəbəkələrdə özlərinə tərəfdar yığmağa çalışan belə separatçı səhifə və qrupların sayı getdikcə çoxalmaqdadır. “Cəbhə Azadi an Şirvan”, “Tallyshball”, “Талышский календарь”, “TATball”, “AzariBall”, “Dagli & Tat & Lahic & Parsi” kimi səhifələr bu qəbildəndir.

Fars dilli etnos olan və ölkəmizin müxtəlif regionlarında məskunlaşmış tatlar ölkə daxilində etnik ayrıseçkiliyə məruz qalmayan digər etnoslardan biridir. Lakin təəssüflər olsun ki, bəzi separatçı qüvvələr həmin etnosun ölkə daxilində assimilyaya məruz qaldığını düşünərək öz separatçı niyyətlərinə nail olmaq istəyirlər. Bu məqsədlə hətta sosial şəbəkələrdə səhifələr də yaradıblar və möntəzəm olaraq həmin səhifələr üzərindən Azərbaycanın bütövlüyü əleyhinə paylaşımlar edirlər. Belə səhifələrdən ən fəalı “Cəbhə Azadi an Şirvan” səhifəsidir. Səhifənin demək olar ki, bütün paylaşımları müstəqilliyimiz, dövlətçiliyimiz əleyhinə yönəlib. Səhifənin adminləri müxtəlif şəkil və xəbər linkləri paylaşaraq ölkəmizdə heç bir ayrıseçkiliyə məruz qalmayan tat etnosunu müstəqil Azərbaycan Respublikası əleyhinə mübarizəyə çağırırlar. Bir növ “dövlət içində dövlət” yaratmaq iddiasına düşüblər.



Aşağıdakı şəkildə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş tat etnosuna mənsub qardaşlarımızın fotoları öz əksini tapıb. Lakin rəsmin üzərindəki yazılar ürək ağrıdan cinsdəndir:



Unutmaq lazım deyil ki, hansı etnosa mənsub olmasından asılı olmayaraq bu torpağın havasın udan bütün vətəndaşlar hər an bu torpaq uğrunda canını qurban verməyə hazır olmalıdır. Bu hamının, o cümlədən, tat, talış, kürd, ləzgi, udi, qaraçı, avar, saxur və digər azsaylı etnosların vətəndaşlıq borcudur.

Həmin səhifənin paylaşdığı bəzi fotolara diqqət yetirək:










Müəyyən qədər araşdırma apardıqdan sonra məlum olur ki, bu səhifənin admini “Manuchehr Shirvani “ adlı “Facebook” hesabının sahibidir. Bu şəxs özü haqqında məlumatlarda Bakı Dövlət Universitetinin məzunu olduğunu qeyd edib. Həmin şəxsin paylaşdığı fotolara diqqət yetirək:





“Kamil Rahimov” adlı profilin sahibi də “Manuchehr Shirvani “-yə bu yolda yaxından köməklik göstərir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Tat etnosunun adından istifadə edilərək yaradılmış səhifələrin demək olar ki, hamısı bu iki şəxs tərəfində idarə olunur. Yəni əlbir fəaliyyət göstərərək öz çirkin niyyətlərinə nail olmağa çalışırlar.



Həmin separatçı qüvvələr “TATball” adlı digər bir səhifə vasitəsilə bir növ öz separatçı niyyətlərini daha geniş miqyasda reallaşdırmaq istəyirlər. Araşdırdıqca məlum olur ki, bu səhifəni idarə edənlər də dolayı yolla həmin şəxslərdir.

Həmin səhifələrin paylaşdığı fotoları təqdim edirik:








Əlbəttə ki, ölkəmizdə yaşayan tat etnosu Azərbaycan xalqının ayrılmaz tərkib hisəsidir. Dövlətimiz bütün etnoslara qarşı olduğu kimi tatlara qarşı da heç bir ayrıseçkilik tətbiq etmir. İstənilən etnik azlıq konstitusiyamızla müəyyən olunmuş bütün hüquq və azadlıqlardan rahat şəkildə bəhrələnə bilir. Sözsüz ki, bunu dərk eləyən etnik azlıqların sayı da kifayət qədərdir. Məhz həmin azlıqlar Dağlıq Qarabağda gedən döyüşlərdə xüsusi rəşadət və qəhrəmanlıq nümayiş etdiriblər. İndi də Azərbaycan Silahlı Qüvvələrinin tərkibində böyük şücaət və əzmlə xidmət edən etnik azlıqlara məxsus kifayət qədər hərbçilərimiz var.

Görəsən, sosial şəbəkələr vasitəsilə yaradılmış belə separatçı səhifələrə qarşı hansı yolla mübarizə aparmaq lazımdır.

Femida.az bununla bağlı hüquqşünas mövqeyini öyrənib.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev həmin səhifələrə qarşı mübarizə metodlarının çətinliklərindən danışdı:



“Hazırkı dövrümüzdə internet məkanına nəzarət etmək çox çətindir. Sosial şəbəkəlrədə isə bu iş daha da çətinləşir. Çünki bilmək olmur ki, separatçılıqla məşğul olan şəxs real şəxsdir, yoxsa virtual. Çox zaman saxta profillər vasitəsilə bir qrup şəxslər öz separatçı niyyətlərinə nail olmaq istəyirlər. Bunun üçün müxtəlif səhifə və qruplar yaradılır. Həmin səhifələrə qarşı mübarizə uzun vaxt tələb edir. Separatizmin təşviqi ilə məşğul olan həmin səhifələr təbii ki, məsuliyyətə cəlb olunacaqlar. Lakin dediyim kimi bunun həm texniki, həm prosedur, həm də siyasi çətinlikləri var. Həmçinin, bunun üçün böyük maliyyə xərclərinə də ehtiyac yaranır. Əgər həmin şəxslər konkret media orqanlarında fəaliyyətlə məşğul olsalar, onlara qarşı mübarizə də asan olardı. Lakin indiki halda sosial şəbəkələrdə fəaliyyət göstərən həmin səhifələrə qarşı tədbirlər görmək müəyyən çətinliklərlə müşaiyyət olunmaqdadır”.

Sözsüz ki, ölkə daxilində həmin separatçı qüvvələrin bu formada təşkilatlanmasının kökündə xarici ünsürlər də mövcuddur. Həmin qüvvələr həmişə olduğu kimi indi də Cənublu Şimallı bütöv Azərbaycanın Respublikasının yaranmasından qorxaraq daima ölkə daxilində separatçı qruplara maddi-mənəvi yardım göstərir. Lakin hər bir Azərbaycan vətəndaşı, o cümlədən yerli etnik azlıqlar Azərbaycanın nə dərəcədə tolerant ölkə olduğunu anlayırlar. Bunu bütün dünya ictimaiyyəti dərk edir. Bütün bunlara baxmayaraq, təəssüf ki, ölkə daxilində xarici ünsürlərin fitnəsinə uyan çox az qisim insanlar da mövcuddur. Biz isə həmin kəslərə səslənərək bildiririk ki, öz niyyətlərindən çəkinib əsl azərbaycan vətəndaşına yaraşan duruş nümayiş etdirsinlər. Gəlin, həmişə olduğu kimi indi də vahid mövqedən çıxış edib düşmənlərimizə qarşı birləşək. Unutmayın ki, dünyanın ən tolerant ölkəsində yaşayırıq. Bu ölkədəki etnik azlıqlar heç bir halda ayrıseçkiliyə məruz qalmır və onlar digər vətəndaşlarımız kimi konstitusiyamızla müəyyən olunmuş bütün hüquq və azadlıqlardan rahat şəkildə bəhrələnə bilirlər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 13815