Meyiti nə zaman qəbirdən çıxarmaq olar?


19:45     16 Noyabr 2015 qebirsanliq_1%20(1).jpg



Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz araşdırma meyitin qəbirdən nə zaman və hansı hallarda çıxarılması qaydaları barədədir. Cinayət işlərində araşdırma zərurəti yarandığı an qanunvericilik meyitin qəbirdən çıxarılmasına icazə versə də, mərhumun yaxınları buna etiraz edir.

Hüquqşünas Loğman Abdullayev
məsələ ilə bağlı suallarımızı cavablandırıb.

Azərbaycan Respublikasının CM-nin 237-ci maddəsində meyitin qəbirdən çıxarılması və bununla bağlı digər hallar nəzərdə tutulub. Belə ki, CM-nin 237.2. maddəsində qeyd olunub ki, meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq tibb idarəsinə aparıla bilər.

Həmçinin, 237.3. maddədə qeyd olunub ki, meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

237.4.1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer;
237.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
237.4.3. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı;
237.4.4. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş şəxslərin soyadı, adı və atasının adi, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
237.4.5. meyitin qəbirdən çıxarılmasında ölənin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin iştirak etdiyi halda, onların soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, yer, habelə faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
237.4.6. meyitin qəbirdən çıxarılmasının xüsusiyyətləri, xüsusən fotoçəkiliş və ya meyitin qəbirdən çıxarılması zamanı video və kino çəkilişdən və ya digər texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;
237.4.7. müşahidə edilmə ardıcıllığı ilə meyitin qəbirdən çıxarılması zamanı bütün aşkar olunanlar.
237.5. Meyitin qəbirdən çıxarılması haqqında protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.
237.6. Meyitin qəbirdən çıxarılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq olaraq fotoşəkillər və ya çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

Bir sözlə, qәbrin açılması prosesi Cinayәt Prosessual Mәcәllәsi ilә tәnzimlәnir vә qәrarı cinayәt işinin istintaqını aparan müstәntiqin vәsatәti, prokurorun tәqdimatı ilә mәhkәmә verir. Bu zaman müstәntiqin qәrarı әsasdır. Bәzәn isә bu barәdә qәrarı cinayәt işinә baxan hakim çıxarır. Yәni işin istintaqı başa çatır vә mәhkәmәyә göndәrilir, mәhkәmә baxışı zamanı hansısa halların dәqiqlәşdirilmәsinә zәrurәt yaranırsa, onda hakimin qәrarı ilә qәbir açılır vә eksqumasiya hәyata keçirilir.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3816