Paris terroruna görə əlcəzairli həbs olundu


03:16     17 Noyabr 2015 publika.az1447621938fransa.jpg


Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında Parisdə törədilən terror aktlarında şübhəli bilinən Əlcəzair vətəndaşı saxlanılıb.
Femida.az-ın məlumatına görə, bu barədə DPA agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs qaçqınlar üçün sığınacaqda yaşayıb və sığınacaq qonşularına partlayışın hazırlanması və "Parisin qorxu və dəhşətə məruz qalacağı" barədə xəbərdarlıq edib.
Hazırda yerli hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib, Fransa ilə sərhəddə nəzarət fəallaşdırılıb.

Açar sözlər:

Oxunub: 824