Vəkillər əhaliyə pulsuz hüquqi yardım göstərdi


16:27     19 Oktyabr 2019 19_10_19_1571476590.jpg

Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsi davam edir.

Femida.az xəbər verir ki, 19 oktyabrda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Sabirabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

"Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən Sabirabad rayonu Gənclər Mərkəzində 70-dək çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.











Femida.az

Açar sözlər: #vəkil  

Oxunub: 10322