Məşhur müğənninin məclisində faciə: Tələbə yoldaşı faciəli şəkildə öldü + VİDEO
12:10 23 Oktyabr 2019
APA TV-nin məlumatına görə gecə saat 00.00 radələrində Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
"DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili (TIR) sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.
Qeyd edək ki, Zöhrab Qocamanov Bərdədən Hacıqabula tələbə yoldaşı olan tanınmış müğənni Kamandar İbrahimovun sənət fəaliyyətinin 45 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək üçün gəlib. Tədbirdən sonra magistralda yerləşən restoranda müğənninin şərəfinə verilən qonaqlıqdan sərxoş vəziyyətdə yola çıxan adı çəkilən şəxs yük avtomobilinin altında qalaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1030
Oxşar xəbərlər
- Ələt yolunda ağır qəza: Ölənlər var (VİDEO)
- Yanacaq dolu maşın aşdı: Sürücü diri-diri yandı (VİDEO)
- Bakıda avtobus sürücüsü dəhşətli qəza törətdi - ANBAAN VİDEO
- Bakı-Quba yolunda ağır qəza oldu - 3 nəfər xəsarət aldı (VİDEO)
- Dəhşətli qəza: Qadın "Kamaz"ın altında qaldı
- Bakıda dəhşətli qəza: Maşın piyadanın üstündən keçdi (VİDEO)
- Dərs günü faciə: Anasının əlindən çıxan uşaq maşının altında qaldı — 18+ VİDEO
- Yolun kənarında dovşan almaq üçün dayandı: "Kamaz" üstündən keçdi— VİDEO 18+
- Bakıda maşın vuran piyadanın ayağı qopdu - Dəhşətli görüntülər
- Bakıda qəza: BMW bir neçə dəfə çevrildi - VİDEO