Külək enerjisinə investisiyalar 1 trilyon dollara çatacaq
14:01 25 Oktyabr 2019
Dəniz külək enerjisi qlobal quraşdırılmış gücünün 2040-cı ildə 560 qiqavata qədər artması və sektora qoyulan investisiyaların 1 trilyon dollara çatması gözlənilir.
Femida.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Offshore külək enerjisi görüntüsü 2019" hesabatında məlumat verilib
Məlumata görə, mövcud “offshore” külək enerji qurğularının 80%-nə sahib olan Avropa, inkişafın mərkəzi olmağa davam edəcək. Avropada 2018-ci ildə 20 qiqavat gücündə olan dəniz külək enerjisi gücü 2040-cı ildə 130 qiqavata çatacaq.
Digər tərəfdən, Avropa "sıfır karbon" hədəflərinə çata bilsə, quraşdırılmış külək gücünü 2040-cı ilə qədər 180 qiqavata qədər artıra biləcək.
Hazırda quraşdırılmış külək enerjisində 4 qiqavat gücə sahib olan Çin, 2040-cı ildə bu rəqəmi 110 qiqavata çardıraraq, Avropa ilə birlikdə dünya külək enerjisinin 60%-nə sahib olacaqlar. Onları ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələr izləyəcək.
Xatırladaq ki, “offshore” külək enerjisinin hazırda 0,3%-ni təşkil edən qlobal elektrik istehsalındakı payı 2040-cı ildə 3%-ə çatacaq
Femida.az
Oxunub: 800
Oxşar xəbərlər
- Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq
- Küləkli hava iyunun sonuna qədər davam edəcək
- Külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
- Küləkli havaya görə Bakının magistral yollarında sürət həddi endirilib
- Küləkdə ölən qadının başına dəmir universitet binasından düşüb - RƏSMİ
- Külək nəticəsində ölən qadının kimliyi bilindi
- Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO
- Külək mülayimləşib - FAKTİKİ HAVA
- Külək Bakıda ağacları aşırdı - Biri avtomobilin üzərinə düşdü
- Külək əsəcək, leysan yağacaq