Rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşından xəbər var
10:34 25 Noyabr 2019
Rüşvətə təhriketmə və dələduzluqda təqsirli bilinən sabiq polis əməkdaşı Zakir Məmmədov barəsindəki hökmdən kassasiya şikayəti verib.
Femida.az-ın xəbərinə görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrlik etdiyi cinayət kollegiyası tərəfindən araşdırılacaq.
Qeyd edək ki, Z.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilən şikayəti təmin etməyib.
İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edərək, həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb həmin vaxt Səbail Rayon Polis İdarəsinin müstəntiqi olan Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.
Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb, daha sonra isə ölkədən qaçıb.
E.Xəlilov həbsdən çıxandan sonra hüquq-mühafizə orqanlarına şikayəti əsasında Z.Məmmədov barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34,312 (rüşvət verməyə təhriketmə) maddələri ilə ittiham verilib.
E.Xəlilov iş üzrə şahid qismində tanınıb.
Femida.az
Oxunub: 835
Oxşar xəbərlər
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib
- Rüşvətə görə həbs edilən məmurlar apellyasiya şikayəti verib
- Rüşvətə görə işdən çıxarılan vəzifəli şəxs məhkəməyə müraciət etdi
- Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
- Rüşvətə görə həbs edilən vəzifəlilərin məhkəməsi başlayır
- Rüşvətə görə həbs edilən keçmiş hakimdən YENİ XƏBƏR
- Rüşvətə görə tutulan icra başçıları bu maddələrlə ittiham olunur
- Rüşvətə görə həbs edilən keçmiş vəkil azadlığa buraxılıb
- Rüşvətə görə həbs edilən məhkəmə hakiminə hökm oxundu
- Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib