Hansı hallarda əcnəbilərə iş icazəsinin verilməsindən imtina edilir? - HÜQUQİ YARDIM
11:59 26 Noyabr 2019
Femida.az vətəndaşlara hüquqin yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina halları ilə bağlıdır.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir: -
Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
- təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;
- işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;
- işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda;
- əmək miqrasiyası kvotası dolduqda;
- əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;
- əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.
Hazırladı: Miri Məcidli
Femida.az
Oxunub: 1277
Oxşar xəbərlər
- Hansı Qohumla EVLƏNMƏK OLMAZ? - İZLƏYİN!
- Hansı vətəndaşlara yalnız bir doza vaksin vurulmalı olduğuna aydınlıq gətirilib
- Hansı halda pensiyalar yenidən hesablana bilər?
- Hansı hallarda poliklinikaya, hansı hallarda təcili yardıma müraciət edək?
- Hansı hallarda SMS icazə tələb olunmur?
- Hansı sahələr üzrə fəaliyyətə icazə verilməyəcək? - SİYAHI
- Hansı kanallar 1 aylıq bağlana bilər? - MTRŞ-dan bəyanat
- Hansı sürücülərin və vətəndaşların şəhərdə hərəkətinə icazə verilir? — DYP-dən CAVAB (VİDEO)
- Hansı qurumların işçiləri növbədənkənar məzuniyyətə göndərildi? - TAM SİYAHI
- Hansı davranışlar hakimlərin peşə fəaliyyətinə ziddir?