Vəkillər üçün təlim keçiriləcək


13:27     27 Noyabr 2019 19_11_27_1574846915.jpg

UNİCEF-in Azərbaycan Nümayəndəliyi ilə Azərbaycan Vəkillər Kollegiyası arasında Anlaşma Məktubuna əsasən vəkillər üçün “Uşaqlara hüquqi yardım göstərilməsinə dair beynəlxalq standartlar” mövzusunda təlim proqramının təşkili nəzərdə tutulub.

05-06.12.2019-cu il tarixlərində “Hyatt Regency" mehmanxanasının Nizami zalında keçiriləcək təlim Vəkillər Kollegiyasının üzvü, uşaqlar üçün hüquqi yardım sahəsində təcrübəli mütəxəssis Rafiq Alışov tərəfidən aparılacaq.

Təlimdə 20 nəfər vəkilin iştirakı nəzərdə tutulub. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu (təlimin adı qeyd olunmaqla) Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına ([email protected]) göndərə bilərlər.

Qeyd: Müraciətin göndərilmə sırasına uyğun olaraq seminarda iştirak edəcək namizədlərə cavab veriləcəkdir. Seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır.

Femida.az

Açar sözlər: #hüquq  

Oxunub: 977