Vəkillərdən məktəblilərə dəstək


16:11     16 Dekabr 2019 19_12_16_1576498391.jpg

BMT-nin 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktının 13-cü maddəsinədə qeyd olunur ki, “Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir”.

Femida.az-ın məlumatına görə, bu postulatdan çıxış edərək Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılıb. Layihə Mingəçevir, Qax, Bakı, Masallı, Gəncə şəhərlərində yerləşən 10 məktəbi əhatə edib.



Peşəkar vəkillər və hüquqşünaslar tərəfindən və əsasən 10-11-ci sinif şagirdləri üçün keçirilən təcrübi-nəzəri təlimlər 5 həftə davam etmiş və gələcək həftlərdə isə onların məhkəmələrin fəaliyyəti tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə mavafiq rayonların məhkəmələrinə ekskursiyalar təşkil ediləcək.



Layihə çərçivəsində, şagirdlər üçün təlimlərdə istifadə üçün illüstrativ formatda oxu kitabı və işçi dəftər təqdim olunub. Məxsusi olaraq vəsaitlər üçün illüstrasiyalar Almaniyanın Potsdam Universitetinin qrafika-dizayn fakültəsi tərəfindən hazırlanıb. Qeyd olunmalıdır ki, "Hüquq və Mən" layihəsinin məsləhətçisi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin işçisi Şakir Səfərbəyov tərəfindən layihədə təlimçi kimi iştirak edən vəkillərə layihə hesabatlılığına dair məsləhətlər verilib, layihənin icrasına texniki dəstək verilib.



Təlimlər Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Günay Cəfərli, Mingəçevir Şəhər Vəkil Bürosunun vəkil Hüseyin Əsgərov, Qax rayonundan vəkilliyə namizəd Həmid Əhmədov, Gəncə şəhərindən hüquqşünas Sevinc Süleymanova və Masallı Rayon Vəkil Bürosunun vəkili Nicat İslamov tərəfindən keçirilib.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #hüquq   #qanun   #femida  

Oxunub: 2419