Məhkəmədə müddət narazılığı aradan qalxır - Özəl ekspertlərə 3 günə cavab veriləcək
13:03 20 Dekabr 2019
Özəl ekspertiza xidmətinin yaradılması ekspertiza müddətləri ilə bağlı narazılıqları aradan qaldıracaq.
Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.
Onun sözlərinə görə, əvvəllər ekspertiza aparılması müddəti göstərilmirdisə, yeni fərmanla artıq müddət müəyyən olunub:
"Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər yubanmalar olurdu. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır. Ekspert 5 gün müddətində nəticələr barədə məhkəmədə vəsatət qaldırmalıdır. Məhkəmə isə 3 gün ərzində ekspertiza müəssisəsinə vəsatəti təmin edib-etməyəcəyi barədə məlumat verməlidir. Vəsatət təmin olunana qədər icra dayandırılır. Bu, məhkəmə ekspertiza sahəsində inqilabi addımdır".
Amin Nəzərli
Femida.az
Oxunub: 2563
Oxşar xəbərlər
- Məhkəmədə qətl işinə görə “Berlin Pub”ın işçiləri dindirilib
- Məhkəmədə Nərmin Quliyevanın əmisi dindirilib
- Məhkəmədə tərəflər arasında dava düşüb, xəsarət alanlar var
- Məhkəmədə hakim və prokuror döyüldü - Bakıda
- Məhkəmədə güldüyü üçün 2 il həbs cəzası aldı
- Məhkəmədən Ramin Hacılı ilə bağlı - Qərar
- Məhkəmədə hakim özü-özünə etiraz etdi
- Məhkəmədən "Facebook"a - QADAĞA
- Məhkəmədən Telman İsmayılova daha bir zərbə