Məmmədyarov Gürcüstanla sərhəd məsələsinə aydınlıq gətirdi
12:22 30 Dekabr 2019
Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq aparılır.
Femida.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yerli jurnalistlərə müsahibəsində deyib.
Nazir xatırladıb ki, 1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir:
“Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış 166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir.
Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır. Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq”.
Femida.az
Oxunub: 663
Oxşar xəbərlər
- Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə qarşılaşacaq
- Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə görüşüb
- Şəhriyar Məmmədyarov bu gün Levon Aronyanla qarşılaşacaq
- Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu
- Məmmədyarov Aronyanı yenərək, liderliyini qorudu
- Şəhriyar Məmmədyarov koronavirusa yoluxub
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarov işdən çıxarılıb
- Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışdı
- Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsinəzəng edib