Filmləri icazəsiz yayılan qadınlara 12 milyon təzminat veriləcək


11:33     05 Yanvar 2020 20_01_05_1578209635.jpg


ABŞ-ın Kaliforniya ştatında filmləri internetdə icazəsiz yayılan qadınlara 12 milyon dollar təzminat veriləcək.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, model agentliklərinə müraciət edən qadınlara çəkildikləri açıq-saçıq səhnələr olan filmlərin yayımlanmayacağına dair söz verilsə də, videolar internetə yüklənib. Bu səbəbdən ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan qadınlardan bəziləri intihara cəhd edib.

Kaliforniyada baş tutan məhkəmə zamanı hakim yaşı 18 və 23 arası dəyişən zərərçəkmiş qadınlar üçün 12,7 milyon dollar ödənilməsinə qərar verib. Filmlərin yayıldığı internet kanalının CEO-su Mişel J.Pratt polisdən gizlənməyi bacarsa da, kanalın digər əməkdaşı Andre Qarsia saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2737