Yeniyetmə qaçırdığı maşını ağaca çırpdı


15:01     18 Yanvar 2020 Qeza2.jpg

Yanvarın 17-də saat 16 radələrində Gəncə şəhəri ərazisindən şəhər sakini H.Məmmədova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə Kəpəz RPİ-yə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, avtomobil şəhərin D.Qorqud küçəsində ağaca vurulmuş halda tapılıb.

Araşdırmalarla nəqliyyat vasitəsinin Gəncə şəhər sakini olan yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən ağaca vurulması, özünün və sərnişini olan digər yeniyetmənin xəsarətlə xəstəxanaya yerləşdirilmələri müəyyən edilib. Kəpəz RPİ tərəfindən araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 935