Yol polisi işləmək istəyənlər, DİQQƏT! - Kurslar başlayır
20:36 11 Fevral 2020
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul elan edib.
Femida.az-ın məlumatına görə, kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər.
Kurslarda iştirak etmək istəyən şəxslər 20.02.2020-ci il tarixədək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.
- şəxsiyyət vəsiqəsi
- təhsil haqqında sənəd
- hərbi bilet
- əmək kitabçası (olduğu halda)
- sürücülük vəsiqəsi
- məhkumluğunun olmaması barədə arayış
Əlaqə telefonları: +99412 590 81 10, +99412 590 81 39
Femida.az
Oxunub: 2010
Oxşar xəbərlər
- Yol polisi sürücülərə müraciət etdi
- Samuxda reyd - 15 sürücü cərimələndi
- Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq
- DYP dayanacaqları zəbt edən sürücüləri cərimələdi - VİDEO
- Yol polisi sürücülərə müraciət edib
- Yol hərəkəti üzrə inzibati qaydalar gündə 12 min dəfə pozulur
- Nəqliyyat vasitələrin üzərinə həbs hansı qaydada qoyulur? - VİDEO
- YPX millimizin velosipedçisini cərimələdi
- Yol polisi altı ayda 52 milyon manat cərimə yazıb
- DYP: 345 sürücü postlardan geri qaytarılıb