Dağıstanda üç silahlı öldürüldü


14:58     29 Noyabr 2015 49293518.jpg


Dağıstanın cənubunda ötən gecə baş vermiş atışma zamanı üç silahlı öldürülüb. Bu barədə məlumatı TASS agentliyinə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Məlumatda deyilir ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları ilə silahlılar arasında silahlı qarşıdurma baş verib. Nəticədə üç silahlı öldürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları arasında xəsarət alan olmayıb. Öldürülən silahlıların şəxsiyyəti təqiqləşdirilir.
Dağıstanın Süleyman-Stal və Maqagamkent rayonları arasında yerləşən bütün yaşayış məntəqələrində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 796