Rusiyada 20 türk tələbə həbs edildi
16:28 29 Noyabr 2015
Türkiyənin Rusiyadakı səfirliyi bu ölkənin hökümətindən vətəndaşlarına qarşı təzyiq edilməsi barədə şikayətlərə izah tələb edib.
Femida.az xəbər verir ki, Rusiyada yaşayan Türkiyə vətəndaşları RF rəsmi orqanları tərəfindən təzyiqə məruz qalmaları barədə şikayət edirlər.
“Son günlərdə Rusiyanın müxtəlif şəhərlərində yaşayan Türkiyə vətəndaşlarından Rusiya rəsmi orqanlarının nümayəndələri tərəfindən təzyiqə məruz qalmaları barədə səfirliyə şikayətlər daxil olub. Şikayətlə biznesmen, tələbə və sadə vətəndaşlar tərəfindən daxil olur” - səfirliyin məlumatında bildirilir:
“Səfirlik onlarla əlaqə saxlayır, bu şikayətləri dəqiqləşdirdikdən sonra Rusiya Xarici İşlər nazirliyi və müvafiq qurumlara məlumat göndərir. Biz Rusiya hökumətindən bu təzyiqlərin dayandırılmasını gözləyirik”.
Qeyd edək ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib. Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb. Nakotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.
Oxunub: 1549
Oxşar xəbərlər
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiyada dəhşətli terrorun qarşısı alınıb
- Rusiyada tatar dili dövlət dili ola bilər
- Rusiyada terrorun qarşısı alındı
- Rusiyada faciə - 5 uşaq yanıb öldü
- Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti Bakıya gətirildi
- Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır