Türkiyə konsulluğuna hücum edildi


17:09     29 Noyabr 2015 turkiye%20konsullugu.jpg


Türkiyənin Almaniyada fəaliyyət göstərən baş konsulluğuna hücum edilib.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər konsulluğun binasına yandırıcı maddə atıblar. İstirahət günü olduğundan konsulluğun binası boş olub və heç kim xəsarət almayıb.

Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

Açar sözlər:

Oxunub: 818