MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib
20:49 24 Fevral 2020
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.
Femida.az -ın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
B. Əsgərov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.
MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.
Oxunub: 736
Oxşar xəbərlər
- MSK-ya sədr, sədr müavini seçilib
- MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI
- MSK-nın tərkibi yenidən formalaşdırılır
- MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub
- MSK-ya yeni sədr seçildi - Naxçıvanda
- MSK yenidən formalaşdırılacaq
- MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
- MSK Yadigar Sadıqlının şikayətini təmin etmədi
- MSK-ın iclası başladı
- MSK 11 məntəqədə seçkinin nəticələrini ləğv etdi