NATO Türkiyəni dəstəklədi


22:18     30 Noyabr 2015 20141001_141001-sg-pc3.jpg

NATO baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyaya aid Su-24 təyyarəsini vurmasına münasibət bildirib.


Femida.az xəbər verir ki, Stoltenberq bütün müttəfiqlərin Türkiyənin öz hava məkanını qoruması haqqını dəstəklədiyini deyib.

Baş katib əlavə edib ki, NATO ölkələri Rusiyanın regiondakı hərbi mövcudluğundan narahatdır, lakin onların əsas məqsədləri situasiyanı nizamlamaq olaraq qalır. Stoltenberq Türkiyənin rəsmi Moskva ilə əlaqələri qaydasına salmaq cəhdlərini də alqışlayıb.

Açar sözlər:

Oxunub: 1040