544 nəfər Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət edib
15:17 02 Aprel 2020
2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 1 074 müraciət müvafiq qaydada araşdırılıb.
Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-ci ildə fəaliyyəti iə bağlı hesabatda məlumat verilib.
Bu müraciətlərdən 599-u Azərbaycan Respublikası vətəndaşlığına qəbul, 26-sı Azərbaycan Respublikası vətəndaşlığına bərpa, 449-u isə Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı olub.
Əvvəlki hesabat dövründə icaartda olan sənədlərlə bilrlikdə 1 005 vəsatət (544 qəbul, 20 bərpa, 441 çıxma) Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib.
Femida.az
Oxunub: 591