Belçikada daha 1,3 min nəfərdə koronavirus aşkarlandı


14:37     19 Aprel 2020 2020/01/koronovirus2_1580468432.jpg

Belçikada koronavirusa yoluxanların sayı 38 496 nəfərə çatıb.


Femida.az xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ölkədə koronavirusa 1 313 yeni yoluxma qeydə alınıb. Bildirilir ki, ötən gün 409 nəfər sağalaraq evə buraxılıb. Virusun yayılmağa başlamasından bu günə kimi isə ümumilikdə 8 757 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Belçikada ümumilikdə 5 683 nəfər epidemiyanın qurbanı olub.

Femida.az

Açar sözlər:

Oxunub: 976