Arvadını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçildi
18:38 20 Aprel 2020
Şəmkir Rayon Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mübariz Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
Şəmkir rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub.
Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.
Femida.az
Oxunub: 868
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır