Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatdı
12:59 26 Aprel 2020
Aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması sahəsində aparılan işlərdən biri kimi, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi də genişləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 12 min ailə artaraq 82 minə çatıb.
Ünvanlı yardım alan ailə üzvlərinin sayı isə bu ay 50 min nəfər artıb və hazırda 340 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 222 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu da nəzərə çatdırır ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.
Femida.az
Oxunub: 723
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək