Litva Prezidenti: "Pandemiyaya qarşı mübarizədə Azərbaycan əhəmiyyətli uğurlar qazanıb"


16:11     27 Aprel 2020 20_04_27_1587988745.jpg


Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videobağlantı formatında söhbəti zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.



Femida.az xəbər verir ki, Litva Prezidenti Qitanas Nauseda pandemiyaya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını bildirib.

Prezident İlham Əliyev koronavirus pandemiyasının başladığı ilk günlərdən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu və ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq səyləri və əməkdaşlığı dəstəklədiyini vurğulayıb.

Femida.az

Açar sözlər: #Litva  

Oxunub: 537