Azərbaycandan Almaniyaya çarter reysi təşkil edilir
11:27 05 May 2020
Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları mayın 11-də Bakıdan bu ölkənin Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edəcəklər.
Almaniyanın Azərbaycandakı Səfirliyindən Femida.az-a verilən məlumata görə, birtərəfli uçuş təxminən 230 avroya başa gələcək.
“Əlavə məlumatlar hələ məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək. Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün ən gec saat 14:00-a qədər [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Uçuş yerlərinin tükəndiyi halda Almaniya /Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək", - məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 734
Oxşar xəbərlər
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib
- Azərbaycandan bu il üçün 2 fındıq partiyasının ixracına icazə verilməyib
- Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb
- Azərbaycandan İrana keçməyə cəhd edən şəxs saxlanılıb
- Azərbaycandan xaricə oxumağa gedənlərin sayı açıqlanıb
- Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minir
- Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndəriləcək
- Azərbaycandan İrana 20 məhkum ekstradisiya edilib