“Semaşko” koronavirus xəstələri üçün ayrıldı


15:22     17 İyun 2020 20_06_17_1592394857.jpg


1 saylı Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Femida.az-a verilən məlumata görə, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də prosesə cəlb edilib.

Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə başqa xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər.

Femida.az

Açar sözlər: #Semaşko  

Oxunub: 457