Dələduzluqda ittiham olunan sabiq prokurorun işi icraata verilib
12:13 18 İyun 2020
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin cinayət işi icraata verilib.
Femida.az -ın məlumatına görə, cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.
Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Orxan Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrdə nəzərdə tutulmuş ittiham elan olunub.
Cinayət işi üzrə istintaq tamamlanaraq 10 iyun 2020-ci il tarixdə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.
Oxunub: 536
Oxşar xəbərlər
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Dələduzluqda təqsirləndirilən şəxs bəraət aldı - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Dələduzluqda ittiham olunan qadına bəraət verilib
- Dələduzluqda ittiham edilən sabiq polisin "çoxsahəli fəaliyyəti" - MƏHKƏMƏ
- Dələduzluqda təqsirləndirilən icra məmuruna 6 il cəza verildi
- Dələduzluqda ittiham olunan vitse-prezident federasiyadan qovulub
- Dələduzluqda təqsirləndirilən iş adamına 11 il HƏBS
- Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub