HHQ-nin yeni hərbi hissəsinin açılışı oldu - FOTOLAR
10:27 20 İyun 2020
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov HHQ-nin yeni inşa edilən hərbi hissəsinin açılış mərasimində iştirak edib və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Bildirilib ki, yaradılan şərait şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.
Femida.az
Oxunub: 3635
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”
- MN: "Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub"
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu (RƏSMİ)