Cahangir Hacıyev Ali Məhkəməyə şikayət verdi
13:20 08 İyul 2020
Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmamasına dair məhkəmə qərarı ilə bağlı kassasiya şikayəti verib.
Şikayətə Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrlik etdiyi kollegiya baxacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Cahangir Hacıyevin ərizəsini Qaradağ rayon Məhkəməsi təmin etməyib, apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərdə təqsirli bilinərək, əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb və barəsində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. / Report
Femida.az
Oxunub: 1019
Oxşar xəbərlər
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Cahangir Hacıyev və Dünyamin Xəlilovun işi ilə bağlı yeni apellyasiya baxışı təyin olunub
- Cahangir Hacıyevin şikayəti təmin edilməyib
- Cahangir Hacıyevin ərizəsi təmin edilməyib
- Cahangir Hacıyev bəraət istəyib
- Cahangir Hacıyevlə bağlı məhkəmə keçirilib
- Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
- Cahangir Hacıyev apelyasiya şikayəti verib
- Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
- Cahangir Hacıyevə hökm oxundu - YENİLƏNDİ