Göygöldə iaşə müəssisələrinin sahibləri və müştəriləri cərimələndi
17:15 10 İyul 2020
Göygöl rayonunda iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az- a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejimi qaydalarının təmin olunması istiqamətində Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb, dərhal qanunamüvafiq tədbirlər görülüb.
Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb.
Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisindəki kafe və restoranların müştərilərə yerində xidmət göstərməsinin qadağan olunmasına baxmayaraq, rayonun Yalqışlaq kəndində yerləşən iaşə müəssisələrinin fəaliyyət göstərməsi aşkar edilib.
Polis əməkdaşları dərhal həmin obyektlərin fəaliyyətini dayandırıb, sahibləri və müştərilə barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Oxunub: 803
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb