DMX əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi
14:00 31 Avqust 2020
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən Femida.az-a bildirilib ki, Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 310 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb.
Qeyd olunub ki, bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək:
"Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejiminin Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etdiyi nəzərə alınaraq, Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla, digər bütün regional miqrasiya idarələri fəaliyyətini tam bərpa edir. Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar onlayn kurslarda iştirak etmək məqsədilə iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzi həftənin 7 günü 24 saat fasiləsiz xidmətinizdədir", bildirilib.
Femida.az
Oxunub: 1080
Oxşar xəbərlər
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü
- DMX rəisi Vladimir Gyorgiyevlə onlayn görüş keçirdi
- DMX ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib
- DMX əcnəbilərə müraciət edib
- DMX rəisi yeni Fərmanla bağlı məlumat yaydı
- DMX əcnəbilərə müraciət etdi