Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub - Ölən var


16:36     25 Sentyabr 2020 20_09_25_1601037435.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26 nəfər işçisi koronavirusa yoluxub.

Femida.az xəbər verir ki, bunu Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli deyib.

Onun sözlərinə görə, həmin şəxslər xəstəxanalarda və ev şəraitində müalicəsini bitirib.

O.Məhərrəmli bildirib ki, koronavirusa yoluxmuş bir ETSN işçisi dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 506