Çavuşoğlu: “Rusiya münaqişənin həllində maraqlı olmalıdır”


23:24     06 Oktyabr 2020 cavusoglusabrimiz-so-0dc23f43dd70e3830bf1.jpg

"Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin nizalanmasında Rusiya ilə əməkdaşlığa hazırdır".

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT kanalına Bakıya işgüzar səfərinin nəticələrini şərh edərkən deyib.

Türkiyəli nazir qeyd edib ki, Rusiya Qarabağ münaqişəsinin həllində və sərhədlərindəki problemlərin aradan qaldırılmasında maraqlı olmalıdır.

Çavuşoğlu ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülhməramlı səylərin bütün dünyaya uğursuz olduğunu nümayiş etdirdiyini bildirib. XİN başçısı atəşkəsin Qarabağın işğalı problemini həll etmədiyini və Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalı olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad etməyə qərarlıdır və Ankara Bakının ədalətli mövqeyini dəstəkləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 489