Növbəti düşmən təxribatı - "Facebook" istifadəçilərinin NƏZƏRİNƏ
14:47 08 Oktyabr 2020
Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az-a verilən məlumata görə, belə ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də videozənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar:
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə də müraciət edin.
Xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlayın və bizə göndərin".
Femida.az
Oxunub: 542
Oxşar xəbərlər
- Növbəti il dövlət büdcəsi 29 milyard manata yaxın olacaq
- Növbəti iki günün havası açıqlanıb
- Növbəti tədris ilinin tətil günləri açıqlanıb
- Növbəti buraxılış imtahanı keçiriləcək
- Növbəti hərracın vaxtı dəyişdirildi
- Növbəti yumşalma hansı sahədə olacaq? - Bu dəfə həkim-radioloq danışdı
- Növbəti ildən bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
- Növbəti şəhid ailəsinin sosial təminat və məşğulluq məsələləri həll olunur
- Növbəti vakansiya seçiminə start verilir
- Növbəti qəbul imtahanları keçirildi