Tramp qalib gəldiyini elan etdi
12:59 04 Noyabr 2020
Ötən gün ABŞ-da baş tutan seçkilərdə səslərin sayılması davam edərkən hazırkı Prezident Donald Tramp qalib gəldiyini elan edib.
Ağ Evdə çıxış edən Tramp ailəsinə və milyonlarla tərəfdarına təşəkkür edib, qalibiyyətini qeyd etməyə hazırlaşdığını açıqlayıb.
Tramp Corciya, Pensilvaniya və Şimali Karolina ştatlarında qalib gəldiyini bildirsə də bu ştatlarda səslərin sayılması hələ davam edir. Bir çox KİV Trampın qələbə qazanmaqla bağlı açıqlamasında tələsdiyini hesab edir.
Bununla yanaşı Tramp səslərin sayılmasında pozuntuların ola biləcəyini, ancaq bunların qarşısını almaq üçün mübarizə aparmağa hazır olduğunu vurğulayıb.
“Biz bu seçkiləri dürüstcə qazanmağa hazırıq və bu seçkiləri də qazandıq. Pozuntularla bağlı tədbir görəcəyik. Belə ki, ABŞ Ali Məhkəməsinə gedəcəyik, onları dayandıracağıq, onlara bir səs belə verməyəcəyik”,- deyə o qeyd edib.
ABŞ Prezidenti xüsusilə poçtla verilən səslərin sayılması zamanı pozuntuların olacağını istisna etməyib.
Bu məqamda bildirək ki, “Fox News”un məlumatına görə, indiyə qədər Tramp 213, Bayden isə 238 səs toplayıb.
Son məlumatlara görə, 63 379 047 seçici (48.5%) Trampa, 65 201 982 seçici isə (49.9%) Baydenə səs verib.
Femida.az
Oxunub: 640
Oxşar xəbərlər
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi
- Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
- Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib
- Tramp ABŞ qoşunlarını Somalidən çıxarmağa hazırlaşır
- Trampın qardaşı vəfat etdi