“Kassetli bombalardan istifadə etmirik, buna ehtiyacımız yoxdur”


16:08     09 Noyabr 2020 2020/11/Prezi-1604921797_1604924317.jpg

Biz döyüş meydanında döyüşürük. Biz erməni ordusuna qarşı döyüşürük. Biz mülki şəxslərə qarşı döyüşmürük. Bunun heç bir mənası yoxdur, çünki bizim vəzifəmiz torpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birinin ardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik, bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqa alətlərimiz var.

Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “BBC News”a müsahibəsində səsləndirib.

Dövlətimizin başçısı “Human Rights Watch” təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyinə toxunaraq deyib: “Human Rights Watch” təşkilatı hətta jurnalistlərin həbsxanalarda öldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada olduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar barədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumat verirlər”.

Prezident qeyd edib ki, buna görə də Azərbaycan “Human Rights Watch” təşkilatı ilə əməkdaşlığı beş-altı il bundan əvvəl dayandırıb. “Yalnız indi bu müharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünki onlar üçün “yox” demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 448


Oxşar xəbərlər