Hikmət Hacıyev: "Vətəndaşları ailə şənlikləri keçirməkdən çəkinməyə çağırırıq"
14:43 19 Noyabr 2020
“Yaşı 65-dən yuxarı olan vətəndaşlardan xahiş olunur ki, vacib olmayan təmaslardan çəkinsinlər”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O vurğulayıb ki, vətəndaşlar açıq və qapalı yerlərdə maska taxmalıdır: “Vətəndaşlara eyni zamanda, ailə şənliklərindən və digər tədbirlərdən uzaq durmaq da tövsiyə olunur. Vətən müharibəsinə töhfə vermək istəyiriksə, qoyulan qaydalara əməl etməliyik”.
Femida.az
Oxunub: 475
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"