UEFA "Qarabağ"ın mətbuat katibi ilə bağlı qərarını verdi
18:05 26 Noyabr 2020
UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb.
Femida.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İbrahimov futboldan ömürlük kənarlaşdırılıb.
O, Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.
Qitə futbol qurumu həmçinin Ağdam klubunu 100 000 avro məbləğində cərimələyib.
Qeyd edək ki, UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.
Oxunub: 481
Oxşar xəbərlər
- UEFA Millətlər Liqasının oyununu ləğv edib
- UEFA Azərbaycan klublarının borcunu açıqladı: 20 milyon avro
- UEFA "Qarabağ"ın hesabına 260 min köçürüb
- UEFA Azərbaycan futbol klublarına vəsait ayırdı
- UEFA Azərbaycan klubuna 40 min avro cərimə yazdı
- UEFA əsgər salamına görə Türkiyə millisinə intizam işi açdı
- UEFA "Qarabağ"ı yenə cərimələdi
- UEFA "Qarabağ"ı cərimələyib
- UEFA-nın 70 nəfərlik heyəti Bakıya gəlib
- UEFA “Qarabağ”a qarşı intizam işi açıb