DSX-nin Akademiyasına qəbul elan edildi
10:46 07 Dekabr 2020
Dövlət Sərhəd Xidməti (DSX) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edib.
DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaqdır.
Namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
ərizə;
anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
tərcümeyi-hal;
özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;
yaşayış yerindən arayış;
doğum haqqında şəhadətnamənin surəti;
valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün –
2021-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
Hərbi xidmətdə olanlar üçün –
DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşənhərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.
Əlaqə nömrələri: 012–372–16–20 / 012-493-62-47
Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir.
Oxunub: 527
Oxşar xəbərlər
- DSX-nin baş çavuşu intihar edib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb
- DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxılıb
- DSX-nin giziri Zəngilanda minaya düşüb
- DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində həlak oldu
- DSX-nin Vətən müharibəsi qəhrəmanlarına orden və medallar təqdim olunub
- DSX-nin gənc əsgərləri and içdi
- DSX-nin həbs olunan vəzifəli şəxsləri məhkəməyə gətirildi
- DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı