"Almaniya normal həyata gələn ilin payızında qayıdacaq"- Merkel
14:43 15 Dekabr 2020
Almaniya kansleri Angela Merkel ölkəsinin 2021-ci ilin payızına qədər normal həyata qayıdacağını deyib.
Femida.az xəbər verir ki, bu barədə Kansler tələbələrlə virtual görüşdə danışıb.
"Əgər bizdə peyvəndlə bağlı işlər qaydasında olarsa, payız semestrinə qədər daha normal vəziyyətə sahib olacağımıza böyük ümid var. Ancaq qışda çox çətin olacaq".
Qeyd edək ki, Almaniya Səhiyyə Nazirliyi ölkədə yayın sonuna qədər vətəndaşların 60% -nin koronavirus əleyhinə peyvənd olunacağı barədə proqnoz vermişdi.
Epidemioloqlar koronavirusun əhali arasında nəzarətsiz yayılmasının dayandırılması üçün peyvənd olunmanın 60-70% həddini tələb edirlər. Almaniyada son sutka ərzində 14 432 nəfər koronavirusa yoluxub, 500 nəfər həyatını itirib.
Femida.az
Oxunub: 589
Oxşar xəbərlər
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək
- Almaniyada G7 ölkələrinin sammiti başlayıb
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir
- Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
- Ceyhun Bayramov Almaniyaya yola düşüb
- Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib