Oğuzda şəhid dəfn olunub
19:56 16 Dekabr 2020
Azərbaycan Ordusunun zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi Zaməddin Bahadur oğlu Kərəmov dəfn olunub.
Femida.az -IN məlumatına görə, Oğuz rayonunun Bucaq kənd sakini, 2000-ci il təvəllüdlü Z.Kərəmov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Bucaq kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, Z.Kərəmov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.
Allah rəhmət eləsin!
Oxunub: 656
Oxşar xəbərlər
- Oğuzda avtomobil ağaca çarpılıb, xəsarət alan var
- Oğuzda ev yanıb, 82 yaşlı qadın yanaraq ölüb
- Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb
- Oğuzda meşə ərazisində yanğın olub
- Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb
- Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
- Oğuzda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb
- Oğuzda avtomobil aşıb, sürücü xəsarət alıb
- Oğuzdakı yanğın söndürülüb
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var